Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm > Müqaviləsiz işçi işlədənlər cərimələnib - 1.5 milyon manat
Müqaviləsiz işçi işlədənlər cərimələnib - 1.5 milyon manat11-10-2019, 12:18. Yazar: Xeberaz |
"Əmək və ya xidməti müqavilə olmadan işçi cəlb edən işəgötürənlərdən 90-ı üzrə inzibati cərimə və ya maliyyə sanksiyası tətbiq edilib"Qeyd olunub ki, 4 işəgötürən üzrə əməldə cinayət tərkibinin olması müəyyən edilib və müxtəlif cəza və cərimə tədbirləri həyata keçirilib: "Qeydə alınmış pozuntu halları üzrə ümumilikdə 1.5 milyon manat məbləğində cərimə və sanksiya tətbiq edilib".Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli Fərmanına əsasən yaradılmış Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və bu sahədə tikinti subyektlərinə metodiki köməklik göstərilməsi vəzifəsini həyata keçirir Geri dön |