Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Dünya / Xəbəraz-ın debatı > Zurabişvilidən rəsmi Bakının qərarına münasibət

Zurabişvilidən rəsmi Bakının qərarına münasibət


11-10-2019, 11:20. Yazar: Xeberaz
Zurabişvilidən rəsmi Bakının qərarına münasibət
Gürcüstan Prezidenti Salome Zurabişvili Baş Nazir Georgi Qaxariyanın Azərbaycana səfəri çərçivəsində rəsmi Bakı ilə əldə olunan nəticəni alqışladığını bəyan edib.
Xəbərə görə, bu barədə Gürcüstan dövlət başçısının administrasiyasının rəsmi saytında bildirilib.
Söhbət Azərbaycanın oktyabrın 11-dən “Keşikçidağ”ı gürcü zəvvarlar üçün açacağı ilə bağlı qərarından gedir.
“Hər iki ölkənin milli maraqlarını və tarixini nəzərə alaraq “David Qareci” monastır kompleksinin ərazisində Gürcüstan cəmiyyəti üçün kilsələrin açılması kompleksin və bütövlükdə sərhəd mülkiyyətinin aydınlaşdırılması məsələsini həll etmək üçün növbəti addımdır. Azərbaycan bizim strateji tərəfdaşımızdır və əminəm ki, birgə səylər nəticəsində iki dost ölkənin maraqlarına uyğun həll variantları tapılacaq”,- deyə Zurabişvili bildirib.
Xatırladaq ki, Azərbaycan ərazisində yerləşən “Keşikçidağ” məbədinə gediş-gəliş bu ilin iyul ayında bir qrup Gürcüstan vətəndaşının törətdiyi təxribatdan sonra dayandırılmışdı.Hazırda iki ölkə ekspertləri Gürcüstanla Azərbaycan arasında dövlət sərhədinin mübahisəli hesab edilən sahələri üzrə araşdırmaları davam etdirir.


Geri dön