Ana Sayfa > Bütün xəbərlər / Karusel / İqtisadiyyat / İdman / M2 > Nəqliyyat Nazirliyinin binası bu quruma verildi

Nəqliyyat Nazirliyinin binası bu quruma verildi


10-10-2019, 05:53. Yazar: Xeberaz

Nəqliyyat Nazirliyinin binası bu quruma verildi
Ləğv edilən Nəqliyyat Nazirliyinin binası Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (Baktelekom) verilib.

"Xeberaz.Az" xəbər verir ki, artıq bir müddətdir “Baktelekom” 2017-ci ildə fəaliyyəti ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilən nazirliyin binasına köçüb.

Binanın üzərində yazılan Nəqliyyat Nazirliyi lövhəsi çıxarılıb, “Baktelekom”un adı və loqosu vurulub.

Xatırladaq ki, Nəqliyyat Nazirliyi 2002-ci ildə ildə yaradılıb. 15 il fəaliyyət göstərdikdən sonra nazirlik 2017-ci ildə ləğv edilərək, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib.

Geri dön