Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə > Xəzərdə 4 balıqçı itkin düşdü, axtarışa helikopter cəlb olundu

Xəzərdə 4 balıqçı itkin düşdü, axtarışa helikopter cəlb olundu


8-10-2019, 16:55. Yazar: Xeberaz

Azərbaycanda 4 balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.
Axtarışlara FHN-in Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.
Geri dön