Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət > Novruz Məmmədov Baş nazir postundan istefa verməyə hazırlaşır?

Novruz Məmmədov Baş nazir postundan istefa verməyə hazırlaşır?


8-10-2019, 11:29. Yazar: Xeberaz

Novruz Məmmədov Baş nazir postundan istefa verməyə hazırlaşır?
Novruz Məmmədovun Azərbaycanın Baş naziri postundan istefa verəcəyi ilə bağlı məlumatlar yayılıb.

"Xebraz.Az" xəbər verir ki, bu barədə Unikal.org-a hakimiyyətə yaxın mənbələrdən məlumat sızdırılıb.

N. Məmmədovun istefa ərizəsini oktyabrın 8-də təqdim etmək istədiyi bildirilir.

Mənbə, hətta Baş nazir postuna şanslı şəxsin adını da açıqlayıb. İddia olunur ki, bu şəxs Azərbaycan Prezidentinin köməkçisi Əli Əsədovdur.

Digər mənbələr isə Reyting.az-a deyiblər ki, Novruz Məmmədovun istefası reallaşarsa, Baş nazir postuna Baş nazirin müavini Əli Əhmədov daha şanslıdır.

Geri dön