Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Həftə-Reytinq > Şəhriyar Şəmşirli: İşi ruhunun yanğısına hökm edə bilmir

Şəhriyar Şəmşirli: İşi ruhunun yanğısına hökm edə bilmir


7-10-2019, 22:14. Yazar: Xeberaz
İnsan ayaqları torpağa nə qədər çox köklənirsə, bir o qədər güclü olur. Torpaq sadəcə üzərində gəzdiyimiz yer deyil. Torpaq genlərini daşıdığımz yeddi arxa dönənlərinizin babalarımızın uğrunda can verib qoruduqları müqəddəsimizdir. O müqəddəslərn qiymətini doğru aşılayan əcdadlardan isə yurda çıraq, vətənə dayaq, torpağa varis oğullar yetişir.Bu gün biz sizə elə ogullardan  biri,  Dədə Şəmşirin nəvəsi Şəhriyar Şəmkirli barəsində danışmaq istəyirik. Şəhriyar Şəmkirli elə bir insanın ocağında dünyaya göz açıb ki, adı Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunub. 
Babasi Dədə Şəmşirin adına baş ucalığı gətirən Şəhriyar Şəmkirli ona etibar edilən vəzifəni yalnız öz adına layiq deyil, babasının adına layiq olacaq səviyyədə doğrultmağa çalışır. 
Uzun illər hüquq-mühafizə orqanlarında xidmət göstərən Şəhriyar müəllim layiqli işi ilə hər zaman örnək olub. İşinə olan sevgisi onu hər zaman örnək edib.
 Məhz bu səbəblə də 2014-cü il tarixində Xaçmaz rayon Polis İdarəsinin rəisi vəzifəsindən, Abşeron rayon Polis İdarəsinin rəisi vəzifəsinə gətirilib. Rayona polis rəisi təyin olunan gündən Abşeron rayon polis idarəsinin işində ciddi dönüş yaradıb.  Şəhriyar müəllimin işinə olan məhəbbəti və məsuliyyəti danılmaz faktdır. Lakin onun görünməyən tərəflərini çox az insan bilir.
Ağır,gərgin iş günündən sonra zaman tapıb dincələ də babası Dədə Şəmşirin sazı yadına düşür. Hər zaman amiranə görünüşü olan simasına sanki bir körpə təbəssümü qonur. Qeyri ixtiyarı gözləri bir nöqtəyə diqqət kəsilib, sazlı, sözlü uşaqlığının xəyalına qoşulub "gözdən itir". Həzin xatirələri vərəq-vərəq gözləri önündə açılır. Cənnətdən bir guşə olan doğma Kəlbəcər  torpağının ilıq nəfəsini duyur. Uşaqlığinda babası ilə əl-ələ tutub qarış-qarış gəzdiyi yerlərdə sapından qopub ətrafa səpələnən incilər kimi,, səpələnmiş  qayğısız, saf körpə dünyasına nəzər salır. Xatirələrinin içərisindən ona sarı boylanan balaca  şən oğlanın buz bulaqlardan   dişlərini donduran sudan doya-doya içib, dostları ilə qırğı at sürərək ona tərəf zillənən baxışlarına qibtə edir. Bir anlıq o anlara dönməyi arzu edir. Uzaqlaşmaq, dostları ilə güləşmək, yaşıl çəmənlikdə üzü səmaya doğru uzanıb dincəlmək istəyi keçir qəlbindən.
 Fəqət bu anda telefonuna gələn zəng səsi uşaqlıq xatirələrinin qatarını dağıdır. Yenidən öz işinə, vəzifəsinə məsuliyyətli məmur olaraq öhdəliklərini düşünür. Cavabdeh olduğu rayonun insanlarına asayiş yaratmağın qayğısına qalır. Lakin kimsə babası Dədə Şəmşir kimi nisgilli könlünu görə bilmir. Şəhriyar müəllim nə qədər qanunları müdafiə edən məmur kimi vəzifəsinə sadiq biri olsa da, qəlbindəki  həzin,  dünyasını gizlədə bilmir.  Axı o Dədə Şəmşirin nəvəsidir.
Tərifə Sukurqizi
Geri dön