Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə > Bakıda küçədə dəhşətli qətl: arvadını uşaqlarının gözü qarşısında öldürdü

Bakıda küçədə dəhşətli qətl: arvadını uşaqlarının gözü qarşısında öldürdü


6-10-2019, 20:09. Yazar: Xeberaz
Bakıda küçədə dəhşətli qətl:arvadını uşaqlarının gözü qarşısında öldürdü
Bakıda ər arvadını qətlə yetirib.
"Xeberaz.az" apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında qeydə alınıb.
Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib.
Hadisəni törədən N. Abullayev Binəqəldi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Geri dön