Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Qarabağdan xəbər var > Daha bir erməni snayper pusquda məhv edildi

Daha bir erməni snayper pusquda məhv edildi


4-10-2019, 16:21. Yazar: Xeberaz


Bu gün səhər saatlarında Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində Ermənistan Ordusunun daha bir snayperi məhv edilib.
"Xeberaz.Az" AzeriDefence-yə istinadla xəbər verir ki, erməni snayperi pusquda dayandığı yerdə – saat 10:30 radələrində öldürülüb.
Onun ərazidə şəhid edilən ekskovatorçu Səfərəli Abışovun qatili olduğu ehtimal edilir.
Qeyd edək ki, ötən gün Qazax rayonu istiqamətində Ermənistan Ordusunun daha bir snayperi Muşeq Jirayroviç Abovyan məhv edilib.
Ümumilikdə son iki gündə cəbhənin Qazax rayonu istiqamətində 3 erməni hərbçisi (biri zabit) öldürülüb, 2 nəfər isə yaralanıb.
Geri dön