Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Polis Samir Qaracayevin üzərindən tapança tapdı

Polis Samir Qaracayevin üzərindən tapança tapdı


4-10-2019, 14:42. Yazar: Xeberaz
Polis Samir Qaracayevin üzərindən tapança tapdı

Balakən sakinindən tapança götürülüb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan"Xeberaz.Az"-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib və Balakən rayonu Mahamalar kənd sakini Samir Qaracayev saxlanılıb.
Zaqatala şəhəri ərazisində saxlanılan S.Qaracayevin üzərindən 1 ədəd tapança silahı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.



Geri dön