Ana Sayfa > Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / M2 > Bakıda gəlin qayınanasının qızılını oğurladı

Bakıda gəlin qayınanasının qızılını oğurladı


4-10-2019, 13:11. Yazar: Xeberaz



Bakıda mənzildən 6 min manatlıq qızıl-zinət əşyası oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin gəlini saxlanılıb.
Geri dön