Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Qarabağdan xəbər var > Kəlbəcərli girovlar erməni hərbçilərlə dəyişdiriləcək - GƏLİŞMƏ

Kəlbəcərli girovlar erməni hərbçilərlə dəyişdiriləcək - GƏLİŞMƏ


3-10-2019, 14:12. Yazar: Xeberaz

Kəlbəcərli girovlar erməni hərbçilərlə dəyişdiriləcək
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın həbsdə saxladığı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı açıqlama verib.

"Xeberaz.Az" Rusiya KİV-nə istinadən xəbər verir ki, “Valday” diskussiya klubunun XVI sammitində çıxış edən Lavrov yaxın zamanlarda əsir və girovların dəyişdiriləcəyini deyib.

“Dağlıq Qarabağla bağlı məsələyə gəlincə, son vaxtlar təmas xəttində vəziyyət kifayət qədər sakitdir, insidentlər azdır və onlar da kifayət qədər kiçik insidnetlərdir. Ölənlərin cəsədləri dəyişdirilib, hazırda hər iki tərəfdə saxlanılan vətəndaşların dəyişdirilməsi hazırlanır. ATƏT-in Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa sıx və doist şəraitdə çalışır. Hazırda vəziyyət 3 il əvvəlkindən sakirdir, sadəcə siyasi proses dayanıb”.

Xatirladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildən girovluqda saxlanılır.

Geri dön