Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var > Lukaşenko Ermənistanda Azərbaycandan danışdı

Lukaşenko Ermənistanda Azərbaycandan danışdı


1-10-2019, 07:25. Yazar: Xeberaz
Lukaşenko Ermənistanda Azərbaycandan danışdı

"Məsələ burasındadır ki, siz mənim dostumsunuz. Həmçinin, Azərbaycan Prezidenti də uzun illərin yaxşı dostudur. Elə isə mən nə etməliyəm? Mən Ermənistanla da, Azərbaycanla da çox yaxşı münasibətdəyəm. Biz Ermənistanın maraqlarına uyğun işləməyə hazırıq".

"Xeberaz.Az" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

Qarabağa qanunsuz səfərlər etmiş bloger Lapşini Azərbaycana təhvil verməklə, həmçinin, KTMT baş katibi postuna iddia etməsinə baxmayaraq, N.Paşinyanın istəklərinə “yox” deməklə Ermənistan rəhbərliyini peşman etmiş Belarus lideri bu dəfə bir sıra yumşaq mesajlar verib. O deyib ki, ermənilərin ona yaxşı münasibət bəslədiyini bilir.

Belarus prezidenti daha sonra qeyd edib ki, Ermənistana münasibətdə Belarusun dost siyasəti heç zaman dəyişməyəcək.

Qeyd edək ki, Lukaşenko 1 oktyabrda İrəvanda keçiriləcək iclasda iştirak etmək üçün işğalçı ölkəyə səfər edib.
Geri dön