Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə > Gəncədə itkin düşən 3 uşaq anası Bakıda tapıldı

Gəncədə itkin düşən 3 uşaq anası Bakıda tapıldı


28-09-2019, 15:57. Yazar: Xeberaz
Gəncədə itkin düşən3 uşaq anası Bakıda tapıldı

Gəncədə itkin düşən 3 uşaq anası Bakıda tapılıb.
"Xeberaz.Az" xəbər verir ki, sentyabrın 26-da Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan küçəsində yaşayan 3 uşaq anası, 1990-cı il təvəllüdlü Hüseynova Vüsalə Fərhad qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində V.Hüseynova Bakı şəhəri, Xəzər rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl yaxınları  qadının oğurlandığını bildirmişdilər.
Geri dön