Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət > Azərbaycanda polis rəisinin iki müavini işdən azad edilib

Azərbaycanda polis rəisinin iki müavini işdən azad edilib


28-09-2019, 14:36. Yazar: Xeberaz
Azərbaycanda polis rəisinin iki müavini işdən azad edilib
Samux Rayon Polis Şöbəsinin (RPŞ) rəisinin iki müavini vəzifəsindən azad edilib.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumata görə, Samux RPŞ-nın xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Malik Məmmədov tutduqları vəzifədən azad ediliblər.

Qeyd edək ki, rəis müavini vəzifələrinə hələlik yeni təyinat olmayıb.

Geri dön