Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / M2 > "Onun anasını yox, bacısını söymüşəm" - 13 il sonra açıqladı (VİDEO)

"Onun anasını yox, bacısını söymüşəm" - 13 il sonra açıqladı (VİDEO)


27-09-2019, 15:48. Yazar: Xeberaz
"Onun anasını yox, bacısını söymüşəm"- 13 il sonra açıqladı (VİDEO)
DÇ-2006-nın Fransa ilə İtaliya milli komandaları arasında keçirilən final görüşündə Zinəddin Zidanın Marko Materatsiyə başla zərbə vurmasının səbəbi məlum olub.
"Xeberaz.Az" xarici mətbuata istinadən xəbər verir ki, 13 il sonra Materatsi Zidanın onu nə üçün vurduğu barədə danışıb.  Zidanən anasını yox bacısını söydüyünü açıqlayıb: 
“Zidanın anasını təhqir etmədim. Çünki özüm 15 yaşımda anamı itirmişdim. Bunu heç vaxt etməzdim. Zidana etdiyim təxribat bacısı ilə bağlı idi”.
Qeyd edək ki, DÇ-2006-nın final matçının 110-cu dəqiqəsində Fransa millisinin üzvü Zidan italyanların müdafiəçisi Materatsini başla vuraraq, yerə yıxmışdı. Bu hərəkətdən sonra isə Zidan qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu.
DÇ-2006-nın qalibi əsas vaxtı 1:1 hesabıyla bitən görüşün penaltilər seriyasında məlum olmuşdu. Həlledici vuruşlarda rəqibini üstələyən italyanlar dünya çempionu adını qazanmışdı.


  • "Onun anasını yox, bacısını söymüşəm"- 13 il sonra açıqladı (VİDEO)

Geri dön