Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat > Sahibkar xanımın işi ilə bağlı RƏSMİ GÖSTƏRİŞ - FOTO

Sahibkar xanımın işi ilə bağlı RƏSMİ GÖSTƏRİŞ - FOTO


25-09-2019, 13:54. Yazar: Xeberaz
Sahibkar xanımın işi ilə bağlı RƏSMİ GÖSTƏRİŞ - FOTO

"Xeberaz.az" xəbər verir ki,sahibkar Rübabə Vəliyevanın “Lotos” Ticarət Mərkəzinin rəhbəri Araz Rəhimova qarşı şikayəti ilə bağlı rəsmi göstəriş verilib.

24 aprel 2019-cu il tarxidə saytımızda “Direktor 500 min dollarımı oğurlayıb”başlıqlı yazı yəqin ki,diqqətli oxucuların yadından çıxmayıb.

Xəbər verdiyimiz kimi həmin yazıda sahibkar Rübabə Vəliyeva “Lotos” Ticarət Mərkəzinin rəhbəri Araz Rəhimova qarşı şok ittihamlar səsləndirmişdi və üzləşdiyi haqsızlıqla bağlı ölkə başçısına və 1-ci vitse-prezidentə müraciət ünavnalmışdı.O cümlədən,Respublika Prokurorluğuna şikayət ərizəsi göndərmişdi.

İş adamı Rübabə Vəliyevanın Kanal32.az-a verdiyi məlumata görə,artıq “Lotos” Ticarət Mərkəzinin rəhbəri Araz Rəhimov tərəfindən əmlakının talanması barədə cənab Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya müraciətindən sonra movcud problemə rəsmi rekasiya gəlib.Belə ki,Respublika Baş prokurorluğuna İş adamı Rübabə Vəliyevanın daxil olmuş müraciətinə cavab olaraq bildirlib ki,müraciətin araşdırılması ilə əlaqədar toplanmış materiallar tələb olunaraq Nizami rayon Polis idarəsi tərəfindən öyrənilmiş və qəbul edilmiş qərar ləğv edilməklə,əlavə araşdırma aparılması üçün Nizami rayon Polis idarəsinin istintaq şöbəsinə göndərilmişdir.

Baş prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyevin imzası ilə göndərilən cavab məktubunda o da bildirilib ki,hazırda material üzrə araşdırma davam etdirilir və nəticəsindən asılı olaraq qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaqdır.
Sahibkar xanımın işi ilə bağlı RƏSMİ GÖSTƏRİŞ - FOTO
Xatırladaq ki,İş adamı Rübabə Vəliyeva yanıb külə dönən “Diqlas” Ticarət Mərkəzi ilə yanaşı, eyni zamanda “Lotos” TM-in də direktoru olan Araz Rəhimovu qanunsuz əməllərdə ittiham edərək bildirmişdi ki,ticarət mərkəzinin rəhbəri ona 500 min dollarlıq ziyan vurub.
Geri dön