Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Xəbəraz-ın debatı > DSX və DİN-dən birgə ƏMƏLİYYAT-FOTO

DSX və DİN-dən birgə ƏMƏLİYYAT-FOTO


25-09-2019, 11:31. Yazar: Xeberaz
DSX və DİN-dən birgəƏMƏLİYYAT-FOTO
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Astara rayonunun Deqadi kəndi yaxınlığında Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə gizlədilən 1 ədəd bağlama aşkar olunaraq götürülüb. 
Xidmətin Mətbuat Mərkəzindən  verilən məlumata görə, baxış zamanı bağlamada ümumi çəkisi 5 kq 95 qram olan “tiryək” narkotik vasitəsinin olması müəyyən edilib.
Narkotik vasitəni əraziyə gətirən və cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
  • DSX və DİN-dən birgəƏMƏLİYYAT-FOTO
  • DSX və DİN-dən birgəƏMƏLİYYAT-FOTO

Geri dön