Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Paytaxtda qonşular arasında dava: 2 nəfər bıçaqlandı

Paytaxtda qonşular arasında dava: 2 nəfər bıçaqlandı


24-09-2019, 08:35. Yazar: Xeberaz
Paytaxtda qonşular arasında dava:2 nəfər bıçaqlandı
Bakıda qonşular arasında dava olub.
"Xeberaz.az" report-a istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.
Belə ki, hadisə zamanı 1985-ci il təvəllüdlü Bağırov Zəki Vaqif oğlu və 1980-ci il təvəllüdlü Muradov Ədalət Məhəbbət oğlu bıçaqlanıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onlara kəsilmiş-deşilmiş yara diaqnozu qoyulub və cərrahi əməliyyat edilib.
Faktla bağlı araşdırma aparılır.
Geri dön