Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / M2 > Bakıda bu uşağa görə cinayət işi açıldı - RƏSMİ

Bakıda bu uşağa görə cinayət işi açıldı - RƏSMİ


21-09-2019, 16:49. Yazar: Xeberaz
Bakıda bu uşağa görə cinayət işi açıldı -RƏSMİ
Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində tüfeyli həyat tərzi sürən azyaşlı Vlasov Fərid Ruslan oğlunun yerinin müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər həyata keçirilib.
"Xeberaz.Az"-ın xəbərinə görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumatda bildirilib.
Belə ki, valideyn himayəsindən məhrum olan, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə küçələrdə yaşayan 2005-ci il təvəllüdlü Fərid Vlasovu onun qayğısına qalmalı olan şəxslər tərəfindən bilə-bilə köməksiz vəziyyətdə qoymaları faktına görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi istintaqın davam etdirilməsi üçün rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Fərid Vlasov Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən “Şəfqət Nuru” Kimsəsizlərə Yardım İctimai Birliyinin “Nur” Uşaq Evinə yerləşdirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Geri dön