Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət > ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO

ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO


20-09-2019, 17:19. Yazar: Xeberaz
ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb- FOTO
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Xeberaz.Az" xəbər verir ki, ADU-nun rektoru Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor qarışılıqlı əlaqələrin yaradılması üçün göstərilən təşəbbüsü yüksək qiymətləndirib.
Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev səmimi qəbula görə təşəkkürünü bildirib. N.Əliyev Akademiyanın tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında məlumat verib.
Görüşdə gələcək perspektivlər, birgə mühazirələrin, konfransların, layihələrin keçirilməsi haqqında fikir mübadilələri aparılıb.
  • ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb- FOTO
  • ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb- FOTO
  • ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb- FOTO




Geri dön