Ana Sayfa > Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Səhiyyə / M2 > Xəstələrdən “bıçaq pulu” alan Elnarə Məmmədova cinayət başında yaxalandı

Xəstələrdən “bıçaq pulu” alan Elnarə Məmmədova cinayət başında yaxalandı


19-09-2019, 12:17. Yazar: Xeberaz
Xəstələrdən “bıçaq pulu” alan Elnarə Məmmədovacinayət başında yaxalandı

Türkiyənin kürdlər yaşayan Hakkari şəhərindəki Dövlət Xəstəxanasında işləyən plastik cərrah, Azərbaycan vətəndaşı Elnarə Məmmədova xəstələrindən “bıçaq pulu” adı ilə rüşvət aldığı üçün həbs edilib.
"Xeberaz.Az" xəbər verir ki, plastik cərrahiyə mütəxəssisi, tibb elmləri namizədi, 38 yaşlı Elnarə Məmmədova Hakkari Dövlət Xəstəxanasında 2017-ci ildən bəri işləyirdi. İddialara görə o, müalicə üçün yanına gələn azı 8 xəstədən müxtəlif məbləğlərdə “bıçaq pulu” istəyib. Xəstə yaxınlarının bu barədə polisə şikayətindən sonra cərrahın barəsində təhqiqat başlayıb.
 Hakkari Polis Müdirliyinin əməliyyatçıları 3 ay davam edən texniki və fiziki təqibdən sonra Məmmədovanı xəstə yaxınlarından seriya nömrələri əvvəlcədən müəyyən edilmiş 1500 TL-ni alarkən cinayət başında yaxalanıb. Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.



Geri dön