Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Həftə-Reytinq > Bakıda İYRƏNCLİK: 32 yaşlı ata azyaşlı qızına təcavüz etdi

Bakıda İYRƏNCLİK: 32 yaşlı ata azyaşlı qızına təcavüz etdi


17-09-2019, 15:50. Yazar: Xeberaz
Bakıda İYRƏNCLİK:32 yaşlı ata azyaşlı qızına təcavüz etdi

Bakıda azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Fərhad Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 
"Xeberaz.Az" Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 
Məhkəmənin baxış iclası sentyabrın 30-na təyin edilib. 
İttihama görə, 1987-ci il təvəllüdlü F.Nəcəfov Bakıda azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. 
Azyaşlının anasının şikayəti əsasında saxlanılan ata barəsində həbs-qətimakan tədbiri seçilib. 
F.Nəcəfovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.





Geri dön