Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Qarabağdan xəbər var > İrəvanın Bakıya Qarabağ təklifi: Qarşılığı nə olacaq? - Brayza

İrəvanın Bakıya Qarabağ təklifi: Qarşılığı nə olacaq? - Brayza


15-09-2019, 17:09. Yazar: Xeberaz
İrəvanın Bakıya Qarabağ təklifi: Qarşılığı nə olacaq?
Azərbaycan Ermənistan hökumətinin Qarabağı danışıqlar tərəfi elan etməsi təklifini qəbul etmir.

"Xeberaz.Az" xəbər verir ki, bunu “168 Jam”a müsahibəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

“Danışıqlar prosesində verməli və almalısan. Əgər siz başqa tərəfdən nəsə istəyirsinizsə, gərək qarşılığında nəsə təklif edəsiniz. Məncə, Azərbaycan hazırda demək istəyir ki, etmək istəmədiyimiz şeyi etsək, nə əldə edəcəyik? Yəni bu vacib addım üçün ödənilməli olan qiymət var. Bu, iki tərəfin də işidir”, - deyə o bildirib.

Geri dön