Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Araşdırma > İranlı qadınlara sərbəstlik verildi - Bu məslədə
İranlı qadınlara sərbəstlik verildi - Bu məslədə15-09-2019, 16:36. Yazar: Xeberaz |
İranlı qadınların stadionda futbol izləmısinə şərait yaradılacaq. "Xeberaz.Az"-ın məlumata görə, bunu bu gün İranın vitse-prezidenti Hüseyn Əli Əmiri ölkəsinin mətbuatına açıqlamasında deyib. Vitse-prezident hazırda ölkənin bütün stadionlarında yenidənqurma işləri aparıldığını nəzərə çatdırıb. Qadınların stadiona daxil olmaları üçün xüsusi keçidlər qurulur və kişilərdən ayrı oturmaları üçün bölmələr inşa edilir. Vitse-prezident deyib ki, futbol kimi maraqlı bir oyuna baxmaq hüququnu qadınlardan almaq olmaz. İranlı qadınların oktyabrın 10-da Azadi stadionunda İran və Kamboca komandaları arasında keçirilən görüşü izləyə biləcəkləri də açıqlanıb. Geri dön |