Ana Sayfa > Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Şou-Biznes > Kənan MM-i nə qədər cərimə gözləyir? - AÇIQLAMA

Kənan MM-i nə qədər cərimə gözləyir? - AÇIQLAMA


11-09-2019, 17:34. Yazar: Xeberaz
Kənan MM-i nə qədər cərimə gözləyir? -AÇIQLAMA
Xəbər verdiyimiz kimi, rejissor Kənan Mahmudov sosial şəbəkədə paylaşım edərək sürücüləri dayanma-durmanın qadağan olunduğu yerdə avtomobilini saxlayaraq dövlət qeydiyyat nişanının qeydə alınmaması üçün yük hissəsinin qapısını açıq saxlamağa çağırıb. Həmçinin özü də Bülbül prospektində dayanma-durmanın qadağan olunduğu yerdə avtomobilini saxlayaraq dövlət qeydiyyat nişanının qeydə alınmaması üçün yük hissəsinin qapısını açıb. Məqsədi inzibati xətaya görə cərimələnməkdən yayınmaq olub. 
"Xeberaz.Az" xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev İTV kanalına müsahibəsində bildirib ki,  BNA tərəfindən dövlət qeydiyyat nişanının qeydə alınmaması üçün yük hissəsinin qapısının açıq saxlanılması "praktikasına" ilk dəfə taksi xidməti göstərən sürücülərdə rast gəlinib:

"Belə deyək bu "metodu" öncə taksi sürücüləri sınaqdan keçiriblər. Bu sınağı keçirən şəxslər də bunun acı nəticəsini görüblər. Ümumiyətlə, Bakıda qanunsuz parklanma edən sürücülər Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən izlənilir. BNA bu işi Dövlət Yol Polisi (DYP) əməkdaşları ilə birgə kordinasiyalı aparır. Əgər kimsə dayanma-durmanın qadağan olunduğu yerdə avtomobilini saxlayaraq dövlət qeydiyyat nişanını hər hansı bir formada bağlayıb,  inzibati xətaya görə cərimələnməkdən yayınmaq istəyirsə və biz tərəfdən belə hallar aşkarlandıqda dərhal cəza tədbirləri görülür. Bu barədə Dövlət Yol Polisinə (DYP) məlumat verilir. 
BNA rəsmisi sürücülərə müraciət edərək, onları bu cür qanunsuz əməllərdən çəkinməyə çağırıb: "Əgər sürücü dayanma-durmanın qadağan olunduğu yerdə avtomobilini saxlayıbsa buna görə, 20 və ya 40 manat cərimə olunur. Parklanmanın qadağan olduğu yerdə avtomobilini saxlayıb, dövlət nömrə nişanını müəyyən vasitələrlə gizlədirsə, bunun cərimə dəyəri 500 manatdan 800 manatadək dəyişir. 


Geri dön