Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə > Əli Kərimlinin mühafizəçisi həbs edildi

Əli Kərimlinin mühafizəçisi həbs edildi


11-09-2019, 13:30. Yazar: Xeberaz
Əli Kərimlinin mühafizəçisi həbs edildi
AXCP fəalı Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verilib.
"Xeberaz.Az"-a AXCP-dən verilən məlumata görə, Ruslan Əmirli inzibati xətalar məcəlləsinin xırda xuliqanlıqla, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda günahlandırılıb.
Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə R.Əmirliyə 30 sutka inzibati həbs cəzası verilib. 
Qeyd edək ki, Ruslan Əmirli AXCP sədri Əli Kərimlinin mühafizəçisidir. 
Geri dön