Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Həftə-Reytinq > Polis olmasaydı bıçaqlanılan şəxs qanaxmadan ölə bilərdi– FOTO

Polis olmasaydı bıçaqlanılan şəxs qanaxmadan ölə bilərdi– FOTO


11-09-2019, 01:43. Yazar: Xeberaz

19-cu Polis Bölməsinin əməkdaşları Nəsimi rayonunda bıçaqlanaraq ağır vəziyyətdə olan şəxsi  vaxtında xəstəxanaya çatdırdı.
"Xeberaz.Az" xəbər verir ki, hadisə Nəsimi rayonu   1-ci mikrorayonda baş verib.
Belə ki, 38 yaşlı Etibar Təvəkkül oğlu hələlik adı məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.
Ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməliyyat qrupunda xidmət aparan polis əməkdaşları Rauf İsmayılov, Əhməd Zeynalov, İlham Babayevin çevikliyi ilə yaralı 1 saylı şəhər xəstəxanasına çatdırılır. Hadisəni törədən şəxs isə  zərərsizləşdirilərək saxlanılıb.
Yaralı cərrahi əməliyyat olunub. Məlum olub ki, hadisəyə səbəb avtomobilin satan şəxslə müştəri Etibarın mübahisəsi olub. Etibarın ilkin izahatına görə o, pulu gecikdirib.
Geri dön