Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İdman > AFFA heç-heçəyə görə milliyə pul mükafatı verəcək
AFFA heç-heçəyə görə milliyə pul mükafatı verəcək10-09-2019, 17:00. Yazar: Xeberaz |
Xəbər verdiyimiz kimi, millimiz dünən Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Yığmamız 6-cı turda "Bakcell Arena"da Xorvatiya millisini qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Dünənki nəticəyə görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) milli komandanın üzvlərini mükafatlandıracaq. Bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla məlumat verib. Qurum rəsmisi məbləği açıqlamasa da futbolçuların pulla mükafatlandırılacaqlarını bildirib: " Xorvatiya ilə heç-heçəyə futbolçulara mükafat veriləcək. Çünki bu, sistemli məsələdir, oyunun statusundan asılı olmayaraq, heç-heçə və qələbə üçün mükafat verilir. Ancaq məbləğ barədə açıqlama verilmir”. Geri dön |