Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Dünya / Foto-fakt > Mis məftilləri oğurlamaq istədi, bu günə düşdü... -VİDEO

Mis məftilləri oğurlamaq istədi, bu günə düşdü... -VİDEO


8-09-2019, 13:05. Yazar: Xeberaz
Mis məftilləri oğurlamaq istədi,bu günə düşdü... -VİDEO

Türkiyənin paytaxtı Ankarada Murat O. mis naqilləri oğurlamaq üçün elektrik transformatoruna girib.
"Xeberaz.Az" Türkiyə KİV-nə istinadən xəbər verir ki, oğurluq etmək istəyən şəxsi tok vuraraq yaralayıb. İşıqlar söndüyü üçün məhəllə sakinlərinin çağırdıqları elektrik idarəsi əməkdaşları yerdə hərəkətsiz uzanan Murat O.-nu görüblər. 
Cərəyanın kəsilməsindən sonra hadisə yerinə gələn təcili yardım və xilasetmə qrupları Murat O.-nu içəridən xərəklə çıxarıblar. Bədənində yanıq izləri olan şəxs ilk müdaxilədən sonra xəstəxanaya aparılıb.





Geri dön