Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə > Ramiz Zeynalovun qaynı oğlunun öldüyü hadisə ilə bağlı XƏBƏR VAR

Ramiz Zeynalovun qaynı oğlunun öldüyü hadisə ilə bağlı XƏBƏR VAR


3-09-2019, 14:59. Yazar: Xeberaz
Ramiz Zeynalovun qaynı oğlunun öldüyü hadisə ilə bağlıXƏBƏR VAR
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğlunun öldüyü hadisədə sabiq deputatın qardaşı oğlunun adı da hallanır.
"Xeberaz.Az"-n əldə etdiyi məlumata görə, avqustun 31-də paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində H.Babaverdiyev avtomobil ilə hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü Fərid Məmmədovdan ona yol verməsini tələb edib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə H.Babaverdiyev Fərid Məmmədovu bıçaqlayıb. Həmin vaxt hadisə yerində  Ağsunun sabiq deputatı Ərəstun Cavadovun qardaşı oğlu C.Cavadlı da olub. Adıçəkilən şəxs həm də Ərəbmehdibəy Bələdiyyəsinin sədri  Cavadov Vüqar Nurəddin oğlunun əmisi nəvəsidir.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ərəbmehdibəy  Bələdiyyəsinin sədri Vüqar Cavadov deputatın qardaşı oğlunun hadisə vaxtı həmin ərazidə olduğunu təsdiqləyib:
"C.Cavadlının atası çoxdan dünyasını dəyişib. O, həqiqətən də Ağsunun sabiq deputatı Ərəsdun Cavadovun qardaşı oğludur. Fərid Məmmədovu bıçaqlayan şəxsin mənim qohumuma heç bir aidiyyatı yoxdur. C.Cavadlının o hadisədə heç bir iştirakı olmayıb. Amma onu dəqiq deyə bilmərəm ki, tərəflərdən hansınınsa yanında olub, yoxsa yoldan keçib. Bıçaqla vuran da, ölən də başqa adamdır. Sadəcə olaraq əmim nəvəsi bıçaqlanan Fərid Məmmədova ilkin yardım göstərib. Hazırda C.Cavadlı azadlıqdadır."
Geri dön