Ana Sayfa > Bütün xəbərlər / Karusel / Hadisə / M2 > Sumqayıtda qadını vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Sumqayıtda qadını vuraraq hadisə yerindən qaçan sürücü tutulub


2-09-2019, 16:27. Yazar: Xeberaz
Sumqayıtda piyadanı vuran sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də şəhər sakini Mənsumə Əliyevanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Manafov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Geri dön