Ana Sayfa > Bütün xəbərlər / Karusel / Dünya / İdman / M2 > Bu gün Azərbaycan Premyer Liqasının III turuna yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasının III turuna yekun vurulacaq


1-09-2019, 14:36. Yazar: Xeberaz
Bu gün keçiriləcək daha iki oyunla Azərbaycan Premyer Liqasının III turuna yekun vurulacaq.
"Report"un məlumatına görə, əvvəlcə "Neftçi" "Bakcell Arena"da "Sumqayıt"ı sınağa çəkəcək.
Hazırda flaqman 1 xalla 7-ci, "gənclik şəhəri" təmsilçisi 3 xalla 5-ci pillədə qərarlaşıb. Meydan sahibləri qalib gəlsələr, 5-ci, qonaqlar qələbə qazansalar, ən azı 4-cü pilləyə yüksələcəklər.
Bu, iki komanda arasında 29-cu qarşılaşma olacaq. Əvvəlki görüşlərin 14-dən "Neftçi", 10-dan "Sumqayıt" qalib ayrılıb, 4 oyun isə heç-heçə ilə yekunlaşıb. Paytaxt komandası topların nisbətində də öndədir - 45:34. Son 5 görüşdə meydan sahibi klub qalib gələ bilməyib. Bu il keçirilən matçlarda hər iki komanda qol vurub.
Turun son oyununda isə "ASCO Arena"da "Səbail" və "Qarabağ" komandaları üz-üzə gələcək. Hazırda bu klublar hərəyə 6 xal toplayıblar və "Keşlə" ilə birgə ilk 3 yeri bölüşürlər. Amma istənilən hesablı nəticə şərikli liderlərin sayının azalmasına səbəb olacaq.
İndiyədək keçirilmiş 8 oyunun yalnız birində "Səbail" qələbə qazanıb ki, bu da texniki nəticə kimi tarixə düşüb. Qalan matçlardan isə "Qarabağ" qələbə ilə ayrılıb. Başqa sözlə, hələ komandalar heç-heçə etməyiblər. “Səbail” öz meydanında keçirdiyi bütün oyunlarda uduzub. Topların nisbətində isə Ağdam komandası öndədir - 13:1.
Azərbaycan Premyer Liqası, III tur
1 sentyabr (bazar)
19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elçin Məsiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”
21:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Cavanşir Yusifov, Rəhim Həsənov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”
Qeyd edək ki, ilk oyun günündə "Keşlə" səfərdə "Qəbələ"yə böyük hesabla qalib gəlib - 4:0. "Zirə" - "Sabah" matçı isə heç-heçə ilə yekunlaşıb - 1:1.
Geri dön