Ana Sayfa > Bütün xəbərlər / Karusel / Hadisə / M2 > Azərbaycanda daha bir ağır yol qəzası - 3 ölü, 4 yaralı

Azərbaycanda daha bir ağır yol qəzası - 3 ölü, 4 yaralı


31-08-2019, 13:46. Yazar: Xeberaz



Biləsuvarda ağır yol qəzası nəticəsində üç nəfər ölüb, dörd nəfər isə yaralanıb.
 
Hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib. Belə ki, “Hundai” markalı avtomobil idarəetməni itirmə nəticəsində aşıb, avtomobildə olan 7 nəfərdən ikisi hadisə yerində, biri isə xəstəxanada dünyasını dəyişib. Xəsarət alan digər sərnişinlər isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Geri dön