Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Dünya / Reportaj > Putin Ərdoğana rus dondurması aldı - VİDEO

Putin Ərdoğana rus dondurması aldı - VİDEO


27-08-2019, 18:55. Yazar: Xeberaz
Putin Ərdoğana rus dondurması aldı -VİDEO
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük işgüzar səfərdədir. 
"Xeberaz.Az" xəbər verir ki, Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə iki tərəfli görüşlər keçirdikdən sonra, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvadakı Jukovski Beynəlxalq Hava Limanında təşkil edilən "MAKS-2019" Beynəlxalq Havaçılıq və Kosmos Sərgisinin açılış mərasimində iştirak ediblər.
Ərdoğan və Putin sərgi sahəsində təyyarə və helikopterlərə də baxıblar. 
Dövlət başçıları 5-ci nəsil Rus qırıcısı "SU-57'nin təyyarəsinin kabinəsinə də qalxıblar.

Sərgidən sonra Putin Ərdoğanı rus marojnasının dadına baxmağa dəvət edib. Bundan sonra Putin cibindən pul çıxardaraq satıcıya verib. Ərdoğan isə zarafatça "Putin marojnanın pulunu siz verirsiz? Məndə rubl yoxdu" fikrini səsləndirib. 

  • Putin Ərdoğana rus dondurması aldı -VİDEO





Geri dön