Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Bakıda arvad evdən pulları götürüb qaçdı - kişi polisə dedi

Bakıda arvad evdən pulları götürüb qaçdı - kişi polisə dedi


27-08-2019, 09:49. Yazar: Xeberaz
Bakıda arvad evdən pulları götürüb qaçdı -kişi polisə dedi
Bakıda kişi evindən qaçan xanımı ilə bağlı polisə müraciət edib.
"Xeberaz.Az"-un məlumatına görə, 24 avqust 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov ev 59-da mənzillərin birində yaşayan 1991-ci il təvəllüdlü Abumüslümov Kamran Abumüslüm oğlu Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət edib.
Bildirib ki,  həmin tarixdə saat 16:40 radələrində onunla eyni ünvanda yaşayan arvadı, 1990-ci il təvəllüdlü Səmədova Aygün Rasim qızının yaşadıqları evdən 5780 manat məbləğində nağd pul götürüb çıxaraq geri qayıtmadığını bildirib. 
Müraciət üzrə Bakı şəhəri, Nizami RPİ-nin 24 PŞ-də araşdırma aparılır.
Geri dön