Ana Sayfa > Bütün xəbərlər / Karusel / Hadisə / Foto-fakt > Motosikletlə avtomobil toqquşdu: xəsarət alanlar var

Motosikletlə avtomobil toqquşdu: xəsarət alanlar var


24-08-2019, 18:49. Yazar: Xeberaz
Motosikletlə avtomobil toqquşdu:xəsarət alanlar var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
"Xeberaz.Az" apa-ya istinadən məlumatına görə,  hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 35 yaşlı Ramin Məmmədovun idarə etdiyi motosiklet “Mercedes” markalı avtomobillə toqquşub. Qəzadan dərhal sonra “Mercedes” hadisə yerindən qaçıb. Motosikletin sürücüsü və onun sərnişini, 26 yaşlı İbrahim Orucov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Geri dön