Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat > Azad Rəhimov Göygöldə vətəndaşlarla görüşdü - FOTOLAR

Azad Rəhimov Göygöldə vətəndaşlarla görüşdü - FOTOLAR


23-08-2019, 12:17. Yazar: Xeberaz
Azad Rəhimov Göygöldə vətəndaşlarla görüşdü- FOTOLAR
Bu gün Gənclər və İdman naziri Azad Rəhimov  Göygöl rayonunda Daşkəsən, Goranboy, Göygöl, Samux, Gəncə, Naftalan şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.
"Xeberaz.Az" xəbər verir ki, 20-dən çox vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər sırasında idman qurğularının  idman avadanlıqları ilə təmin olunması,    fəxri adların və məşqçilik dərəcələrinin verilməsi,   gənclər evinin, Olimpiya İdman Kompleksinin və digər idman qurğularının tikintisi olub. Vətəndaşlar tərəfindən eyni zamanda, iş ilə təminat və  şəxsi məsələlərlə də bağlı müraciətlər edilib. 
Müraciətlərin bir qismi yerindəcə həll edilib, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Digər müraciətlər isə,  baxılması üçün icraya yönəldilib.
  • Azad Rəhimov Göygöldə vətəndaşlarla görüşdü- FOTOLAR
  • Azad Rəhimov Göygöldə vətəndaşlarla görüşdü- FOTOLAR
  • Azad Rəhimov Göygöldə vətəndaşlarla görüşdü- FOTOLAR
  • Azad Rəhimov Göygöldə vətəndaşlarla görüşdü- FOTOLAR




Geri dön