Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət > Vilayət Eyvazovdan yol polisinə yeni TƏYİNAT

Vilayət Eyvazovdan yol polisinə yeni TƏYİNAT


21-08-2019, 18:24. Yazar: Xeberaz

Vilayət Eyvazovdan yol polisinə yeniTƏYİNAT
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsi ilə bağlı əmr imzalayıb.
"Xeberaz.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən vəzifənin icrası polkovnik-leytenant Leysanov Afiyyədin Bahəddin oğluna tapşırılıb.
O, buna qədər sözügedən idarədə inspektor vəzifəsində çalışıb.
Qeyd edək ki, bunadək Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsini uzun illər yol polisinin əsas simalarından biri olmuş polis polkovniki Müşfiq Rəhimov icra edib. O, avqustun 13-də öz raportuna əsasən, vəzifəsindən azad olunaraq sərəncama götürülüb.
Geri dön