Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / İdman > Yığmamızın futbolçusu Almaniyada cəza aldı

Yığmamızın futbolçusu Almaniyada cəza aldı


18-08-2019, 10:12. Yazar: Xeberaz
Yığmamızın futbolçusu Almaniyada cəza aldı
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti oyununu keçirib.
"Xeberaz.Az" xəbər verir ki,  təcrübəli yarımmüdafiəçi II Bundesliqanın üçüncü turunun iştirakçısı olub.
Onun şərəfini qoruduğu “Aue” səfərdə “Arminiya” ilə görüşüb. Meydan sahibləri bu görüşdə 3:1 hesabı ilə qalib gəliblər.
90 dəqiqə meydanda olan D.Nazarov sarı vərəqə ilə cəzalanıb. Bu, “Aue”nin mövsümdə ilk məğlubiyyəti olub.
Üç oyundan sonra 6 xala malik komanda 4-cü pillədə qərarlaşıb.
Geri dön