Ana Sayfa > Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Hadisə / Foto-fakt > Şirvanlı Babayev Xətaidə saxlanıldı: Çantasından avtomat çıxdı

Şirvanlı Babayev Xətaidə saxlanıldı: Çantasından avtomat çıxdı


15-08-2019, 17:22. Yazar: Xeberaz
Şirvanlı Babayev Xətaidə saxlanıldı:Çantasından avtomat çıxdı

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə daxili işlər orqanları tərəfindən əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xətai rayonunun ərazisində Şirvan şəhər sakini N.Babayevə məxsus çantaya baxış zamanı 1 ədəd “AKM” markalı silah, 1 ədəd patron darağı və 7 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Geri dön