Ana Sayfa > Bütün xəbərlər / Karusel / Hadisə / Foto-fakt > Bərdədə 300 ot bağlaması traktorun qoşqusunda yandı - Fotolar

Bərdədə 300 ot bağlaması traktorun qoşqusunda yandı - Fotolar


13-08-2019, 08:20. Yazar: Xeberaz
Bərdədə 300 ot bağlaması traktorun qoşqusunda yandı -Fotolar

Bərdə rayonunda 300 ədəd ot bağlaması yanıb.
"Xeberaz.Az" "Report"a istinadən xəbər verir ki , hadisə Həsənqaya kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Yasin Şirinova məxsus ot bağları traktorun qoşqusunda alovlanıb. Yanğın zamanı qoşquya yığılmış 300 ədəd ot bağlaması yanaraq kül olub. Bununla da kənd sakininə 1200 manata qədər ziyan dəyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və alov  söndürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.


  • Bərdədə 300 ot bağlaması traktorun qoşqusunda yandı -Fotolar
  • Bərdədə 300 ot bağlaması traktorun qoşqusunda yandı -Fotolar
  • Bərdədə 300 ot bağlaması traktorun qoşqusunda yandı -Fotolar
  • Bərdədə 300 ot bağlaması traktorun qoşqusunda yandı -Fotolar




Geri dön