Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Hadisə / Reportaj > Sabunçuda ər hamilə arvadına 19 bıçaq VURDU

Sabunçuda ər hamilə arvadına 19 bıçaq VURDU


12-08-2019, 10:31. Yazar: Xeberaz
Sabunçuda ər hamilə arvadına 19 bıçaqVURDU

Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
"Xeberaz.Az" report-a istinadən xəbər verir ki, üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Məmmədova Günay ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilərək, həkim nəzarətinə götürülüb. Üzərində 19 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilən qadın cərrahi əməliyyat olunub. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.
G.Məmmədovanın həyat yoldaşı onun doğma əmisi oğludur. Onların 4 övladı var.
 
Geri dön