Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / M2 > Güclü külək axşama qədər davam edəcək - Faktiki Hava

Güclü külək axşama qədər davam edəcək - Faktiki Hava


11-08-2019, 11:49. Yazar: Xeberaz
Güclü külək axşama qədər davam edəcək -Faktiki Hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı məlumat yayıb. 
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Xeberaz.Az"-a verilən məlumata görə, avqustun 11-də Bakıda və Abşeron yarımadasında, ölkənin bəzi ərazilərində külək əsir. 
Şimal -qərb küləyi arabir Maştağada 38 m/s, Bakıda 33-36 m/s, Sumqayıtda 30 m/s, Ələtdə 28 m/s, Pirallahıda 29 m/s, Qum adasında 26 m/s, Çilov adasında 22-25 m/s, Neftçalada 28-33 m/s, Xaçmazda 14-18 m/s, Nabranda 20 m/s, Neft daşlarında 20-23 m/s-dək güclənib. Dəniz stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.8 metrə catır. 
Qeyd olunub ki, güclü külək axşam saatlarınadək davam edəcək. 
Geri dön