Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Məşhurların Taleyi > "Bir ildir ki, hər gün ölüm haqqında düşünürəm" - Akif İslamzadə

"Bir ildir ki, hər gün ölüm haqqında düşünürəm" - Akif İslamzadə


9-08-2019, 10:35. Yazar: Xeberaz
Dünən Azərbaycanın əfsanəvi müğənnisi Akif İslamzadənin doğum günü idi
"Xeberaz.Az" bildirir ki, sənətkar doğum günündə ölkə.az-ın bir neçə sualını cavablandırıb.
- Akif bəy, 71 yaşın əhval-ruhiyyəsi necədir?
-Yetmiş yaşa qədər ölüm haqqında demək olar ki, düşünmürsən. Bəlkə, yaşdan-yaşa, yaxud hansısa hadisə baş verəndə ölüm yadına düşür. Amma yetmişdən sonra elə gün yoxdur ki, ölüm haqqında düşünməyəsən. Bu ona görədir ki, insan haqdan gələndən qorxmamalıdır.
- Belə anladım ki, son bir ildə bu haqda hər gün düşünürsüz...
- Əlbəttə, hər gün ölüm haqqında düşünürəm. Bu, düşünən beyinə aiddir. Düşünməyən beyin ölüm haqqında düşünəndə başı ağrıyır. Elə insan yüz yaşında da beş yaşında uşaq kimi şeydir. Nəysə...
- İlk təbriki kimdən aldınız?
- İlk təbriki ailəmdən, övladımdan aldım.
- Elə bir insan varmı ki, ondan təbrik umursunuz?
- Heç kimdən heç nə ummuram. Zəng edən də, mesaj göndərən də, göndərməyən də sağ olsun.
- Yəqin ki, məlumatlısınız, bu gün daha bir böyük sənətkarın doğum günüdür. Eyni gündə, eyni ildə anadan olmusunuz.
- Bilirəm, Rasim Balayevin də 71 yaşı tamam olur. Rasimlə münasibətlərimiz çox yaxşıdır.
- Çox güman ki, bu gün təbrikləşəcəksiz.
Təbrikləşməsək də, onun xətrini çox istəyirəm, böyük sənətkardır
Geri dön