Ana Sayfa > Bütün xəbərlər / Karusel / İqtisadiyyat / M2 > Sabah bu ərazilər işıqsız qalacaq

Sabah bu ərazilər işıqsız qalacaq


6-08-2019, 19:33. Yazar: Xeberaz

Sabah bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bu barədə "Xeberaz.Az"-a “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, 10 kv-luq “I Binəqədi hava elektrik verilişi xətti”ndə aparılan yenidənqurma işləri ilə əlaqədar avqustun 7-si saat 10:00-dan 15:30-dək Abşeron rayonu, AAAF Yaşayış massivi və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
REKLAM






Bundan başqa, Pirşağı-Sumqayıt dəmir yolunun 35-ci km-də, Fatmayı yeraltı avtomobil yol keçidinin tikintisi ilə əlaqədar 110/35/6 kV-luq “136 saylı yarımstansiya”dan çıxan, Bağlar ETSİ-nin balansında olan 6 kV-luq hava xətti də şəbəkədən açılacaq.
Bu səbəbdən Fatmayı bağlarının bəzi ərazilərində də saat 11:00-dan 16:00-a qədər elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Yaranacaq narahatlığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.
Geri dön