Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / M2 > “Qarabağ”ın potensial rəqibi məlum olur - Çempionlar Liqası

“Qarabağ”ın potensial rəqibi məlum olur - Çempionlar Liqası


5-08-2019, 13:54. Yazar: Xeberaz
“Qarabağ”ın potensial rəqibi məlum olur- Çempionlar Liqası

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
"Xeberaz.Az"  xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir, saat 14:00-da start götürəcək. Püşkdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə qarşılaşacaq “Qarabağ”ın da potensial rəqibi müəyyənləşəcək. Səpələnməmişlər səbətində yer alacaq cütlüyün rəqibi 4 qarşılaşmadan birinin qalibi olacaq:
PAOK (Yunanıstan) – Ayaks (Hollandiya)
ÇFR (Rumıniya) – Seltik (Şotlandiya)
Srvena Zvezda (Serbiya) – Kopenhagen (Danimarka)
Dinamo (Xorvatiya) – Ferentsvaroş (Macarıstan)

Geri dön