Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SENSASİON: "Mostbet" və "1xbet" mərc oyunları Azərbaycan gəncliyini belə məhv edir
Tarix: 08-01-2023 | Saat: 16:52
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Aktual | çapa göndər

Azərbaycanda çox izləyicisi olan hansı xəbər saytını açsan, bu qumarbazların reklamına rast gəlmək olar! Düzdür, bunun da arxasında hansısa iş baz, fırıldaq dayanır. Konkret nümunə əsasında göstərək. Məsələn, istifadəçiyə 100 manat “xoş gəldin” bonusu verirlər. Amma o bonusun 10 qat artığını almadan vermirlər. Yəni, 100 manat bonus almaq istəyən adam, 1000 manat yatırmalıdı.

Ulu öndər Heydər Əliyevin ölkə başçısı olduğu dönəmdən Azərbaycanda faliyyət göstərən qumarxanalara, kazinolara qarşı çox ciddi ölçü götürülüb və onların fəaliyyətinə sərt şekildə qadağa qoyulub. Ölkədə qara pullar üzərindən fəaliyyət göstərən Mosbet, 1xbet və digərləri Azərbaycandan idarə olunan, müxtəlif cür oyunlar təşkil edərək onlayın şekildə çox rahat faliyyət göstərən bu şirkətlər dözülməz səviyyədə fəaliyyətlərini davam etdirirlər.

Bir məqamıda araşdırıb üzə çıxardıq ki, bu cür oyunları sərbəst şekildə reklam edən xəbər saytları, barəsində niyə elektron təhlükəsizlik nazirliyi ciddi ölçü götürüb və həmin xəbər portallarını bloklamır? Bu saytları rahat şekildə bloklamaq onların səlahiyyətindədir, ölkənin aparıcı saytları bu cür qanunsuz qumar oyunlarını reklam etməklə cinayətə şərik olurlar.

Bu ölkədə böyük həcmdə baş verən dələduzluqdur, ölkənin pulları bu qumar oyunları vasitəsiylə hara getdiyidə məlum deyil. Çox təəssüflər olsun ki, əlaqədar dövlət qurumlarıda buna göz yumur, amma inanırıq ki, hüquq-mühafizə orqanları araşdırma aparıb, məsələ haqqında ciddi ölçü götürəcək.

"Azərbaycan Reallığı" sözü gedən məsələ ilə bağlı bir neçə hüquq-mühafizə orqanlarına sorğu göndərdi və sorğumuza dərhal cavab olaraq bildirildi ki, yaxın zamanlar məsələ araşdırılaraq aidiyyatı üzrə sizə cavab veriləcək. Bu işlə məşgul olan aidiyyatı şəxslər və şirkətin fəaliyyətinin reklam olunmasında köməklik göstərək şəxslər də məsuliyyətə cəlb olunacaqları bildirildi.

Biz Azərbaycan dövlətinin keşiyində dayanan, xalqına daim təmənnasız xidmət göstərən Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa və digər dövlət qurumlarına böyük rəgbət bəsləyirik, inanırıq ki, qısa zaman, narkomaniyaya qarşı necə mübarizə aparırlarsa, əsasəndə gənc nəsili məhv edən "Mosbet" və "1xbet" kimi qanunsuz mərc oyunlarını təşkil edənlərə qarşıda mübarizə apararaq, bu və bu kimi zərərli vərdişləri təbliğ edənləri tapıb, tez bir zamanda məsuliyyətə cəlb edəcəklər.

AZƏRBAYCANREALLIĞI.COM   



Xəbəri paylaş

3228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___