Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
15 saylı Cəzaçəkmə Müəssisəsi abu-havası ilə sanki məktəb həyatını andırdı.
Tarix: 31-12-2022 | Saat: 16:35
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Təbriklər / Aktual | çapa göndər

"Həyatı tədris edənlər"

Doğulduğu ailədən asılı olmayaraq hər bir insan dünyaya ağ vərəq kimi təmiz gəlir. Valideyinlərini seçmək iqtidarında olmayan insan, ilkin olaraq ailə tərbiyyəsi ilə cəmiyyətə hazırlanır. Acı olsa da etiraf edilməlidir ki, hər  valideyin dünyaya gətirdiyi "ağ səhifə"yə şəffaf yazı yazmağa qadir olmur. Düzgün seçilməmiş  tərbiyyə  metodu, övladın gələcək həyatını  yalnış cəhətlərə, çıxmaz dalanlara aparır. Məhz bu səbəblə də boşuna söylənməmişdir ki, "Mənim günahım deyil valideyinim kimdir. Valideyinimin günahıdır ki, mən kiməm". 

Sizinlə bölüşdüyümüz  bu yazımızlda məqsədimiz valideyin xətasından və  övlad  cəzasından bəhs etmək deyil.  Bəhs etmək istədiyimiz  bir anlıq xətaları  səbəbilə  həyatları dəmir barmaqlıqlar arxasında məhdudlaşan insanları yenidən həyata qazandıran  həyat  müəllimlərinin əvəzsiz xidmətləridir.

Qonaq olduğumuz 15 saylı Cəzaçəkmə Müəssisəsi abu-havası ilə sanki məktəb həyatını andırdı. 

Müəssisənin rəisi  İqbal Qənbərov ədliyyə orqanının yetişdirdiyi peşəkarlardandır. 

Rəhbərliyi altında fəaliyyət göstərən kollektivi ilə birgə yüzlərlə  həyatdan qopmuş insanları yenidən həyata qazandırmağa çalışır və bu sahədə uğurlar əldə edirlər. 

Cəmiyyətin bəlasına çevrilmiş, minlərcə ailələlərin kabusu olmuş narkomaniya və ona qarşı mübarizə İqbal Qənbərovun diqqətdə saxladığı məsələlərdən biridir. Bu məqsədlə müəssisədə vaxtaşırı keçirilən tədbirlər məhkumların maariflənməsi məqsədi daşıyır. Onları etdikləri və gələcəkdə edə bilmək xəta ehtimallarının önünü almaq üçün bütün qüvvələrini səfərbər edib. 

Müəssisənin baş həkimi Vüqar Həsənov özü başda olmaqla tibb personalı ilə  birlikdə müəssisədə islah olunan məhkumlara şəfa və şəfqətini əsirgəmir.

Ailələrindən uzaqda, bağlı qapılar arxasında cəzasını dolduran hər bir məhkumun öz hekayəsi var. Hər biri ayrı-ayrı ruh aləmi ilə yenidən həyata dönəcəyi, ailələrinə qovuşacağı günləri sayırlar. Bəzən cismən, bəzən ruhən gərgin zamanlar yaşadıqlarında Vüqar həkimi özlərinə ən böyük mənəvi dayaq hesab edirlər. Onların inamını qazanmaq və doğrultmaq gərgin və zəhmətli illərin bahasına başa gəlib.

Müəssisənin peşəkar penitensiar xidmət mütəxəssisi TİTŞ-in şöbə rəisi  Fuad Əfəndiyevin xidmətlərindən bəhs etməmək haqsızlıq olar.  Fuad Əfəndiyevin üzərinə düşən vəzifə həm çox dəyərli, həm də çox məsuliyyətlidir. Müxtəlif ailələrin xətalı tərbiyyəsini,  cəmiyyətdə seçilmiş yalnış "dost" qurbanımı, bir anlıq qəflətin qurbanımı olmuş insanların özlərinə qarsı itmiş inamlarının yenidən qayıtması üçün çəkdiyi zəhmət diqqətəlaiqdir. 

Unutmaq olmaz ki, müəssisədə islah olunan hər bir məhkum Azərbaycan vətəndasıdir. Bu ölkənin vətəndaşı olaraq dövlətin hər bir bayramını qeyd etmək, hüzünlü gününü anmaq  üçün Fuad Əfəndiyev maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirir.

Hər hansı bir qəbahəti üçün məhkəmələrin oxuduğu hökm ilə azadlıqlarıni itirmiş insanlar cəzaçəkmə müəssisəsində sözün həqiqi mənasında  "insanlıq  fənnindən" tədris alırlar. Mükəmməl tədris üçün peşəkar mütəxəssislər olmazsa olmaz. 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi İqbal Qənbərov müəssisənin keçmiş rəisi, hal-hazırda isə 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şakir Qəniyevin ənənələrini ləyaqətlə davam etdirir. 

Şakir Qəniyevin rəhbərlik etdiyi dövrdə müəssisənin həyətində Xocalı soyqırımını əbədiləsdirən "Xocalı bulağı" ilə yanaşı, müzəffər qələbəmizi əks etdirən  qürurverici abidələr İqbal Qənbərovun peşə ənənələrinə olan hörmət və sevgisinin təzahürüdür.

Yazımızda adlarını qeyd etdiyimiz və edə bilmədiyimiz hər bir penitensiar xidmət əməkdaşı həyat məktəbinin bacarıqlı müəllimləridirlər. Hətta daha da cəsarətlə desək, insanları cəmiyyətə yenidən qazandırmaq üçün görünür -görünməz əngəlləri aradan qaldıran doğru yolun bələdciləridirlər.

Son olaraq bizlər də onlara bu şərəfli işlərində tükənməz həyat enerjisi və  şərəfli peşə zirvəsinin fətini arzu edirik.

"Xeberaz.Az"

Tərifə Maqsudova.



Xəbəri paylaş

7448 dəfə oxunub.

Digər xəbərlər
4-02-2016, 11:10 Lütfi Zadə – 95

bütün xəbərlər
____ Instagram ___