Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda qorxulu əxlaqsızlıq yuvası Buraya azyaşlı qızlarıda gətirirlər - VİDEO
Tarix: 30-12-2022 | Saat: 09:42
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Foto-fakt / Aktual | çapa göndər

İstənilən ölkədə, Hotel hostelə rast gəlmək olur. Bir ölkənin inkişafını istəyirsənsə xarici qonaqları qarşılamaq üçün bu cür şəraitlərin olması normaldır, amma təbii ki, sözü gedən məkanlara istənilən qonaqı qəbul edərkən onun şəxsiyyətini təsdiq edən sənədlərinə diqqət yetirmək vacibdir. 

Ölkəmizdə günü-gündən inkişaf edən hotel hostel, şəraitləri qiymətləri heçdə digər ölkələrdən geri qalmır.  

Amma çox təəssüflər olsun ki, bu işdən su istfadə edərək ölkəmizə xələl gətirən şəhər mərkəzindən kənarda gizlənib ölkə nüfuzuna xələl gətirən hotel adı altında əxlaqsızlıq yuvası kimi faliyyət göstərənlərdə var. "Azərbaycan Reallığı"na məlumat verən adının çəkilməsini istəməyən valdeyinlərdən biri bildirir ki, onun övladı və bacısının 13 yaşlı qızı 28.12.2022 cu il tarixində təxminən saat 17:00-18:00 radələrində yaşadıqları ünvandan yoxa çıxıb.

Ailəsi saatlarla axtarış aparsalarda onları tapmaq mümkün olmayıb. Gecə saatlarında 102 xidmətinə müraciət edən valideyinlər, müraciətləri qeydə alındıqdan bir neçə saat sonra Azərbaycan polisinin peşəkar operativ əməliyyat qrupu uşağları 29.12.2022 cu il tarixində təxminin saat 12:00 radələrində taparaq idarəyə gətiriblər.    

Sözü gedən azyaşlılar hüquq-muhafizə orqanları tərəfindən dindirildikdən sonra məlum olub ki, onlar evdən çıxarkən iki nəfər 20-21 yaşlı bəylər tərəfindən məcburi qaydada hətta zorakılığ və təhdid altında Abşeron rayon Xırdalan qəsəbəsi Şah Abbas adlanan ərazidə hotel adı altında faliyyət göstərən əslində isə əxlaqsızlıq yuvası olan "Darvaza" hotelə aparıblar.

Hotel adı altında fəaliyyət göstərən məkanda təxminən 15 saata yaxın qalıblar. Sözü gedən şəxslərlə hotelə daxil olan azyaşlı xanımların sənədi yoxlanılmayıb, onlara sərbəst şəkildə otaq verilib. Təbii ki, onların sözü gedən bu məkanda saatlarla qalması onların azyaşlı yaşında bəlkədə üzərlərinə qara bir xətt çəkir.

Günahkarlar isə bu cür məkanları kimlərinsə himayədarlıqı altında işlətməsi ilə əldə etdiyi qazancla qız övladlarını bədbəxt edir. Görəsən günü-gündən inkişaf edən ölkəmizdə azyaşlıların sənədlərinin yoxlamadan onları hotelə buraxmaq bu cür xoşa gəlməz halların davamlı inkişafının arxasında hansı qüvvələr dayanır?

Bu şəxslərə bu cür səlahiyyəti kimlər verib? Çox guman burada artıq sözü hüquq-muhafizə orqanlarının ədalətli araşdırmasından sonra bəlli olacaq.

"Azərbaycan Reallığı"na müraciət edən azyaşlıların valdeyinləri bildirir ki, baş vermiş xoşagəlməz hadisə ilə bağlı hazırda Bakı Şəhər Baş Polis İdarəsində araşdırma gedir. Azyaşlı qızların üzərində müəyyən ekspertiza hərəkətləri aparılaraq hüquq-muhafizə orqanları ədalətli araşdırmalar aparır.

"Azərbaycan Reallığı"
mövzunu diqqətdə saxlayacaq inanırıq ki, güc strukturları ölkəmizdə qeyri-qanunu fəaliyyət göstərən bu cür axlaqsız yuvalarının fəaliyyətini tez bir zamanda aşkar ederək dayandıracaq.

VİDEO 


AZƏRBAYCANREALLIĞI.COM


Xəbəri paylaş

2638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___