Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SABUNÇU ATS rəisi Məmmədov Sübhan abonentin hüquqlarının pozulmasına görə necə cavab verəcək?
Tarix: 24-11-2022 | Saat: 21:38
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Reportaj | çapa göndər


Sabunçu 425 saylı ATS - dən biabırçı xidmət!


 Abonentin borcu yox, 20 gündür  ki , internet və ev telefonunu bərpa etmirlər.

Nəzərə alsaq ki, 01 noyabr 2022 tarixindən ev telefon aylıq abunə haqlarını səbəbsiz yerə 40 faiz artırmaqla 2man.50 qəpikdən 3 man.50 qəpik etsələr də xidmətdən bugün narazı durumda olan bir neçə sakin abonent vardır.

Sabunçu rayon sakini X. Telmanoğlu Nəzərov bildirir ki Sabunçu Telefon qovşağına istifadəmdə olan mobil telefonumdan 012 428 11 99 nömrəsinə nə  qədər zəng edib mövcud naməlum məhdudiyyəti bildirsəm də, bu qurumun personalından nə bir gəlib ünvana maraqlanırlar, nə də bərpa edirlər, yalnız quru vədlər verirlər ki gəlib baxacağıq. 

Nəyə baxacaqsınız ay Sabunçu ATS rəhbərliyi və təmir personalı? Aylıq internet haqları nəzərə alsaq ki minimum 15 manatdırsa, bu da 1 təqvim ayının hər 10 gününü 5 AZN təşkil edirsə və hər ayın da 5 indən bu abunə haqqı ödənilirsə, sabah da ayın 25idi, bu da edir 20 gün . Bu zaman aralığı axı nə üçün boş yerə 20 gün pul ödəməli olub abonent X.Telmanoğlu Nəzərov?

Budurmu xidmət səviyyəsinin artırılması?  

İndi bu abonent, abunəçisi olduğu internetdən zehni əməklə məşğul olduğunu nəzərə almağını qeyd etsək və bunun da nəticəsində şəxsi kompüterində bu ödəmiş olduğu aylığ pulun müqabilində internet şəbəkəsindən istifadə etmədisə, sosial vəziyyətinin,  ailə vəziyyətinə qazancına mənfi təsir etdisə, bu zaman, bu qazanc kompensasiyasını necə ödəməlidir SABUNÇU ATS həmin abonent hüquqları pozulmuş vətəndaşa?

Qətiyyətlə qeyd edə bilərik ki belə olduğu təqdirdə Bilavasitə borcludur artıq ki, SABUNÇU 425 SAYLI ATS qovşağının rəhbərliyi, işdə yol vermiş olduğu sayğısızlıqdan irəli gələn ciddi nöqsana görə Nəzərov Xanəmir Telmanoğluna üzrxahlıq etməklə kompensasiya ödəsin!


Mövzunu diqqətdə saxlayırıq!


Xəyyam Qurbanlı.



Xəbəri paylaş

3518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___